Qubada “Azərişıq” İB-nin əməkdaşları tərəfindən aparılan ağac budama işləri fəsadlar törədib. Bu haqda ShimalNews-a 17 sentyabr tarixində məlumat daxil olub.

İki gün öncə Zərdabi qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yüksək gərginlik xətlərinə dəyən ağac budanıb. İşlər adıçəkilən qurum tərəfindən həyata keçirilib. Bu zaman telefon xətləri qırılıb, yolun hərəkət hissəsində maneə və natəmizlik yaranıb.

Sakinlər bildirirlər ki, bir neçə gün keçməsinə baxmayaraq fəsadlar aradan qaldırılmayıb. Bu vəziyyətlə bağlı onlar müvafiq qurumlara müraciət ediblər.