Qubada şəhid MAXE hərbi qulluqçu Ümid Həsənovun üç mərasimi keçirilib. Bu barədə ShimalNews 17 sentyabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən məclis sentyabrın 16-sı İsnovqışlaq kəndində baş tutub. Burada icra başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

2022-ci il 12 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan ordusu 77 nəfər şəhid verib.