“Azəriqaz” İB-nin baş direktoru Xaçmaz rayonuna səfər edib. Bu haqda ShimalNews 17 sentyabr tarixində quruma istinadən xəbər verir.

Ruslan Əliyev Xaçmaz RİH-nin nümayəndəsi Anar Oruclu ilə birlikdə Maqsudkənd kəndində görülən işlərlə tanış olub. Aparılan işlərlə tanışlıq zamanı onlara qazlaşdırılma prosesinin tamamlanmaq üzrə olduğu bildirilib.

Səfər çərçivəsində İB-nin bir qrup əməkdaşı direktor tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.