Xudat şəhərində təmiri başa çatmayan məktəbdə tədbis başlayıb. Bu barədə ShimalNews-a 16 avqust tarixində məlumat daxil olub.

Belə ki, bir neçə ay öncə təmiri başlanılmış N. Nərimanov adına 2 saylı tam orta məktəb işlər yekunlaşmamış ötən gün şagirdləri qəbul edib. Valideynləri bu hal narahat edir, səbəb isə məktəbin həyətində tikinti ləvazimatlarının ətrafa səpələnməsidir.

“Damda ustalar işləyir, həyətdə isə taxtalar, dəmirlər, mismarlar ətrafla birdir. Uşaqlar məktəbin həyətindən keçərkən biz çox narahat oluruq. Birdən yıxılar, ayağına qoluna mismar batar”, – deyə sakin bildirib.

Daha öncə odunla qızdırılan məktəbdə təmirin başlandığını işıqlandırmışdıq.

N. Nərimanov adına 2 saylı tam orta məktəb Xudat
Photo Shimal.News
N. Nərimanov adına 2 saylı tam orta məktəb Xudat
Photo Shimal.News
N. Nərimanov adına 2 saylı tam orta məktəb Xudat
Photo Shimal.News