Xaçmaz şəhərində piyada zolaqları çəkilir. Bu barədə ShimalNews 16 sentyabr tarixində Xaçmaz Şəhər İƏD-yə istinadən məlumat verir.

İşlər şəhərin küçələrində və məktəblərin qarşısında aparılır. Burada yeni zolaqlar çəkilir, mövcud olanlar isə yenilənir. Həmçinin şəhər ərazisində “Piyada keçidi” yol nişanları quraşdırılır.