Xaçmaz rayonunda həyətyanı sahədə yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 16 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Hadisə Qımılqışlaq kəndində qeydə alınıb. Sahəyə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

Əraziyə cəlb edilən FHN-in əməkdaşları yanğının qarşısını alıblar.