Xaçmazda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində agentliyə istinadən məlumat verir.

Həyata keçirilən nəzarət tədbirləri zamanı qida sahəsində fəaliyyət göstərən müəssisələrdə sanitar-gigiyenik vəziyyət yoxlanılıb. Həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülüb.

Qayda pozuntusu aşkar olunan müəssisələr:

Subyektin adıKeçirilən yoxlamanın növüRegional bölməFəaliyyət sahəsiTətbiq olunan məhdudlaşdırıcı qərarın növü
1Xəlilov Ağatalıb Nəcəfqulu oğluPlanlıXaçmaz RB“Məst Dərgah” restoranıObliqat qrupuna daxil olan 14 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
2Əlimuradov İntiqam Qənbər oğluPlanlıXaçmaz RB“Aynur Piknik” restoranıObliqat qrupuna daxil olan 7 nəfər işçinin müvəqqəti kənarlaşdırılması