Xaçmaz rayonunda ət kəsimi məntəqəsində monitorinqlər davam etdirilir. Bu barədə ShimalNews 16 sentyabr tarixində AQTA-ya istinadən məlumat verir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Belə ki,  Köhnə Xaçmaz kəndində yerləşən Zaur Seyidova məxsus obyektdə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.