FHN-in Şimal Regional Mərkəzi əhatə etdiyi ərazidə təlim keçirib. Bu barədə ShimalNews 16 sentyabr tarixində nazirliyə istinadən məlumat verir.

Təlimi keçirməkdə məqsəd fövqəladə halların nəticələrini aradan qaldırmaqdan, fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

Təlimdə Şimal Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri iştirak edib.