Xaçmazda şəhid Elnur Rüstəmovun üç mərasimi keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Əbilyataq kəndində sakinlər və dövlət qurumlarının nümayəndələri şəhidimizin ailəsinə başsağlığı vermək üçün toplanıblar. Burada icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar Elnur Rüstəmovun daim qəlblərdə yaşayacağını söyləyiblər. Övladı ilə hər zaman fəxr etdiyini deyən şəhid atası Faid Rüstəmov qüdrətli dövlətimizə və güclü ordumuza güvəndiyini bildirib. Daha sonra onların ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

2022-ci il 12 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan ordusu 77 nəfər şəhid verib.

Xaçmaz Rayon İcra Hakimiyyəti Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyəti
Foto Xaçmaz Rayon İcra Hakimiyyəti