Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 16 sentyabr tarixində agentliyə istinadən xəbər verir.

Qubada baş tutan görüşdə Vüqar Behbudov 20-dən çox sakini qəbul edib.

Qəbul zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinlənilib və aidiyyəti üzrə tapşırıqlar verilib.

Ötən dövrdə ümumilikdə 40-a yaxın rayonun sakinləri üçün vətəndaş qəbulu keçirilib. Bu qəbullarda 400-dən çox şəxsin müraciəti dinlənilib.