Qusar Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə işə qəbul elan edilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

İdman obyektinin rəhbər vəzifəsinə qəbul olunan şəxs aşağıdakı ilkin tələblərə cavab verməlidir:

– Ali təhsil;

– Minimum iş stajı 6 il;

– Yaş həddi 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

– Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);

– Şəxsiyyət vəsiqəsinin surəti;

– Ali təhsil haqqında diplomun surəti.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Sənədlər 23 sentyabr 2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün telefon: (012) 465-65-72