Quba və Qusar rayonlarında fitosanitar monitorinqlər davam etdirilir. Bu barədə ShimalNews 16 sentyabr tarixində AQTA-ya istinadən məlumat verir.

Belə ki, alma bağlarında aparılan fitosanitar müşahidələr zamanı karantin tətbiq edilən bəzi zərərli orqanizm növlərinə rast gəlinib. Simptomlu bitki hissələrindən nümunələr laborator müayinələrə götürülüb.

Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları haqda məlumat verilib.