Quba Regional QHT Resurs və Təlim Mərkəzinin nümayəndələri üçün insan alverinə qarşı mübarizə sahəsində təlim təşkil olunub. Bu barədə ShimalNews 16 sentyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi QHT-lərin təlimçilərinə onların bacarıqlarının artırılması səylərini dəstəkləmək üçün 3 günlük təlim təşkil edib.

Bu zaman bir sıra ictimai birliklər mübarizə sahəsində çalışan öz qurumları və digər QHT-lərin imkanlarını artırmağa imkan verən bacarıq və biliklərə yiyələnmək, ümumi fandreyzinq prinsiplərinə, qrantların layihələrinin hazırlanmasına, büdcələşdirməyə, sosial media marketinqinə, eləcə də donor tədqiqatlarına, təbliğat və özəl donor vəsaitlərinin toplanmasına diqqət yetirməklə davamlı fandreyzinq strategiyaları hazırlamaq bacarıqlarını əldə etmək imkanı qazanıblar.

Fandreyzinq – fəaliyyətin təşkil olunması və ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitin cəlb olunmasıdır.