Quba RİH-nin başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews bu gün, 16 sentyabr tarixində quruma istinadən xəbər verir.

Görüş Rük kənd inzibati ərazi dairəsinin Gürdəh kəndində baş tutub. Ziyəddin Əliyev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələləri dinləyib. Yerindəcə həll edilə bilinməyən məsələlərin baxılmasına dair lazımi tapşırıqlar verilib.

Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.