ADPU-nun Quba filialında şəhid Nuran Mirzəyevin adına auditoriya yaradılıb. Bu barədə ShimalNews 16 sentyabr tarixində universitetin sosial şəbəkə hesabına istinadən məlumat verir.

Vətən müharibəsinin qəhrəman döyüşçüsü olan Nurlanın adına ingilis dili auditoriyasının açılışı olub. Mərasimdə filialın direktoru Yusif Alıyev, şəhidin valideynləri Akif və Təranə Mirzəyevlər, digər şəhid valideynləri, Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, filialın müəllim və professor heyəti və digər qonaqlar iştirak ediblər.

Auditoriyada Nurlanın, Quba rayonundan olan digər şəhidlərin, prezident İlham Əliyevin əks olunduğu stendlər yer alıb.

ADPU  şəhid Nuran Mirzəyev
Foto Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı