Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəb direktoru olmağa hazırlaşan namizədlər üçün ödənişsiz təlimlər təşkil edir. Bu barədə ShimalNews 16 sentyabr tarixində adıçəkilən idarəyə istinadən məlumat verir.

Təlimlərdə 5 il pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisəsində işləyən şəxslər iştirak edə bilərlər. Burada əsas məqsəd fəal və səriştəli kadrların potensiallarını daha geniş formada istifadə etmələrinə şərait yaratmaqdır.

Qeydiyyatdan keçmək üçün linkdən (https://bit.ly/3QTczKW) istifadə etmək olar.

Müraciət üçün son tarix: 20 oktyabr 2022-ci il.