ADPU-nun Quba filialını bitirərək ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayan məzunlarla görüş keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində universitetə istinadən məlumat verir.

Tədbirdə Universitetin Quba filialında 2022/2023-cü tədris ili üzrə MİQ imtahanlarında uğur qazanan tələbələr, həmçinin direktor dosent Yusif Alıyev və filialın müəllim kollektivi iştirak ediblər.

Bu il 175 məzundan 67 nəfər MİQ imtahanlarında iştirak edib, onlardan 52-si minimum balı toplayıb, 13-ü ümumtəhsil məktəblərinə yüksək balla qəbul olub. Eləcə də 17 nəfər minimum 40 balı toplaya bilməyib.

Müəllim kimi fəaliyyətə başlayan məzunların siyahısı təqdim olunub:

  1. Elvin Şükürov – TCM  ixtisasının 2022-ci il məzunu, 78 bal, coğrafiya fənni, Şabran, Dəvəçi kənd orta məktəbi;
  2. Aytən Salmanova – TCM ixtisasının 2022-ci il məzunu, 82.5 bal, coğrafiya fənni, Xaçmaz şəhəri, Uzunoba kənd orta məktəbi;
  3. Aytac Hacıyeva – TCM ixtisasının 2021-ci il məzunu, 82 bal, tarix fənni, Quba rayonu, Növdün kənd orta məktəbi;
  4. Gülnar Bəşirova – TCM ixtisasının 2021-ci il məzunu, 84.75 bal, coğrafiya fənni, Xaçmaz şəhər, Köhnə Xaçmaz  kənd orta məktəbi;
  5. Aytac Qasımova – TCM ixtisasının 2021-ci il məzunu, 72.25 bal, coğrafiya fənni, Xaçmaz şəhəri, Seyidli kənd orta məktəbi;
  6. Murad Qarayev – TCM ixtisasının 2021-ci il məzunu, 68 bal, coğrafiya fənni, Neftçala şəhəri, Mayaq kənd orta məktəbi;
  7. Mayisə Salahova – TCM ixtisasının 2021-ci il məzunu, 82 bal, tarix fənni, Quba rayonu, Aşağı Xuc kənd orta məktəbi;
  8. Aytac Babayeva – RİN ixtisasının 2022-ci il məzunu, 61.75 bal, informatika fənni, Quba rayonu, Şahnəzərli kənd orta məktəbi;
  9. Səmayə Abdulova – RİN ixtisasının 2022-ci il məzunu, 55.5 bal, informatika fənni, Quba rayonu, Şuduq kənd orta məktəbi;
  10. Mazədə Məmmədova – RİN ixtisasının 2022-ci il məzunu, 50.5 bal, informatika fənni, Quba rayonu, Gədik kənd orta məktəbi;
  11. Yasəmən Hacıyeva – AZD ixtisasının 2022-ci il məzunu, 83.5 bal, Quba rayonu, II Nügədi kənd orta məktəbi;
  12. Reyhan Becanova – AZD ixtisasının 2022-ci il məzunu, 75.5 bal, Quba rayonu, Gədik kənd orta məktəbi;
  13. Şəbnəm Ağayeva – İBT ixtisasının 2022- ci il məzunu, 82.5 bal, Xaçmaz şəhəri, Ağarəhimoba kənd tam orta məktəbi.

Görüşün sonunda məzunlara söz verilib. Onlar filial üçün darıxdıqlarını bildiriblər. Eləcə də görüşə görə filialın rəhbəri dosent Y.Alıyevə təşəkkür ediblər.