Xaçmazda meşələrin bərpası üzrə tədbirlərlə bağlı işlərə başlanılıb. Bu barədə ShimalNews 15 sentyabr tarixində AZƏRTAC-a istinadən istinadən məlumat verir.

Artıq bioloji inkişafdan geri qalmış ağacların qeydiyyatı aparılıb. Xaçmaz və Şabranda meşə ərazilərinin yanmış ağaclardan təmizlənməsi istiqamətində tədbirlər görülür. Təmizlik görüləndən sonra toxum səpilməsi və mümkün olan ərazilərdə tinglərin əkilməsi planlaşdırılır.

“Ötən illərdə də yanğın baş verən ərazilərdə meşə bərpa tədbirləri görürdük. Nəticədə üç il bundan öncə yanğın baş vermiş ərazilərdə əkilən ağaclar pöhrələniblər. Həmin ərazilərin əvvəlki vəziyyətinə çatmasına müəyyən qədər vaxt lazımdır”, – deyə Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov qeyd edib.