Xaçmaz şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda ShimalNews 15 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.

Yarmarkada 41 müəssisə tərəfindən 800-ə yaxın vakansiyanın çıxarılması nəzərdə tutulub. Tədbirə Quba və Qusar sakinləri də qatıla bilərlər.

Tədbir 20 sentyabr saat 11:00-dan 14:00-dək Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq. Gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.