Qusar rayonundan olan hərbi qulluqçu Şair Heydərov şəhidlik zirvəsinə ucalıb. Bu haqda ShimalNews 15 sentyabr tarixində Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Sentyabr ayının 12-dən etibarən Ermənistan hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dövlət sərhədi boyunca törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun əsgəri, 24 yaşlı Şair Heydərov şəhid olub.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən daha 21 nəfər hərbi qulluqçumuz şəhidlik zivrəsinə uçalıb.