Qubada təhlükə saçan ağac budanıb. Bu haqda ShimalNews-a 15 sentyabr tarixində məlumat daxil olub.

Belə ki, Zərdabi qəsəbəsində, Mikayıl Müşfiq küçəsində olan tut ağacı yüksək gərginlik xətlərinə dəyirdi. Sakinlərin müraciətləri əsasında, “Azərişıq” İB-nin əməkdaşları tərəfindən ağac budanıb.