Sabah Quba RİH-nin başçısı Ziyəddin Əliyev səyyar qəbul keçirəcək. Bu haqda ShimalNews-a 15 sentyabr tarixində məlumat daxil olub.

Tədbir sentyabrın 16-sı, saat 11:00-da Girdah kənd tam orta məktəbinin binasında baş tutacaq. Burada, həmçinin idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri iştirak edəcəklər. Vətəndaşların səyyar qəbulunda onları narahat edən məsələlər dinləniləcək.

Görüşdən sonra icra başçısı İsnovqışlaq kəndində şəhid MAXE Ümid Həsənovun ailəsini ziyarət edəcək.