Quba RİH-nin başçısı yeni tədris ilinə başlayan şagirdlərə hədiyyələr təqdim edib. Bu haqda ShimalNews 15 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.

Ziyəddin Əliyev Digah kənd və Bağbanlı qəsəbə tam orta məktəblərində aparılan tikinti işləri ilə tanış olub. İcra başçısı həmin təhsil müəssisələrinin 1-ci siniflərinə qədəm qoymuş şagirdlərə məktəbli ləvazimatları hədiyyə edib.

Görüşdə məsul şəxslər və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun müdiri iştirak ediblər.