Quba rayonunda meşə fondu torpaqlarında payız əkin mövsümünə hazırlıqlar davam edir. Bu barədə ShimalNews 15 sentyabr tarixində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən bu günədək Quba rayonunda 35 hektar, ümumilikdə isə 400 hektar ərazidə hazırlıq işləri aparılıb.

“Payız əkin planına uyğun olaraq, sözügedən rayonların meşə sahələrində bölgənin torpaq-iqlim şəraitinə uyğun meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlifcinsli ağaclar əkiləcək və toxumlar səpiləcək”- deyə qurumdan bildirilib.