“Azəriqaz” İB-nin baş direktoru Qubanın Barlı və Aşağı Xanagah kəndlərinə səfər edib. Bu haqda ShimalNews 15 sentyabr tarixində Ruslan Əliyevin sosial hesabına istinadən xəbər verir.

Səfər çərçivəsində Ruslan Əliyev, Quba icra başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov qazlaşdırılma işləri ilə yerindəcə tanış olublar.

Belə ki, Barlı kənd ərazisində küçə qaz xəttinin çəkilməsi üçün layihə üzrə ümumilikdə 7603 metr uzunluğunda olan xəttin 7000 metr hissəsi üzrə  işləri yekunlaşıb.

Aşağı Xanagah kəndində isə 1930 m nəzərdə tutulan qaz xətlərinin 867 m hissəsinin çəkilişi başa çatıb.

Ruslan Əliyev bildirib ki, işlərin qısa zamanda başa çatdırılmasına dair tapşırıq verilib.

Görüş zamanı baş direktor sakinlərlə görüşüb. O, vətəndaşları dinləyib, qazlaşdırılma işləri barədə lazımi məlumat verib.