Xaçmaz rayonunda iritonnajlı yük avtomobili yolun hərəkət hissəsində maneə yaradıb. Bu barədə ShimalNews-a 14 sentyabr tarixində məlumat daxil olub.

Hadisə Yalama-Xanoba yolunda baş verib. Şahidlərin sözlərinə görə, insident sürücü dönmək istəyən zaman qeydə alınıb. Avtomobilin arxası yolun hərəkət hissəsində qalıb, ön hissəsi isə yolun kənarında batıb.