Xudatda yerləşən yanacaqdoldurma məntəqələrindən biri bu gün çalışmayacaq. Bu haqda ShimalNews-a 14 sentyabr tarixində məlumat daxil olub.

M.F.Axundov küçəsində (“Qayalı” marketin yanında) yerləşən “LuxOil” YDM xidmət göstərmir. Buna səbəb gün ərzində görüləcək təmir işləri göstərilib. Ərazidə yer örtüyü asfaltlanır.