Şəhid baş gizir Elnur Rüstəmov Xaçmazın Əbilyataq kəndində dəfn olunub. Bu haqda ShimalNews 14 sentyabr tarixində məlumat verir.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 50 hərbi qulluqçusu şəhid olub.
Allah rəhmət eləsin!