Xaçmaz-Xudat yolunda asfalt örtüyü təmir edilir. Bu barədə ShimalNews 14 sentyabr tarixində məlumat verir.

İşlər Nərəcan kəndi və Həsənqala ərazilərində aparılır. Əraziyə İcra Hakimiyyəti tərəfindən xüsusi texnika və insan qüvvəsi cəlb edilib. Kəndin giriş hissəsində asfalt yenilənir, Həsənqalada isə yoldakı asfalt örtüyünün dağılmış yerlərinə yamaqlar vurulur.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News