Xaçmazda Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu barədə ShimalNews 14 sentyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Monitorinq zamanı Köhnə Xaçmaz kəndi ərazisində yerləşən məntəqədə nöqsanlar aşkar edilib. Burada bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Daha öncə, obyekt sahibi barədə inzibati protokol tərtib edilmişir.