2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçuların siyahısı təqdim olunub. Bu barədə Müdafiə Nazirliyi 14 sentyabr tarixində məlumat yayıb.

Şimal zonasından olan şəhidlərin siyahısı hazırlanıb:

  • Xaçmaz rayonu, Əbilyataq kəndin sakini, 1989-cu il təvəllüdlü baş gizir Elnur Faid oğlu Rüstəmov;
  • Quba rayonu, İsnovqışlaq kənd sakini, 2001-ci il il təvəllüdlü Ümid İlqar oğlu Həsənov;
  • Xızı rayonu, Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüdlü kapitan Saleh Möhübbət oğlu Qurbanov;
  • İsmayıllı rayonu, Talıstan kənd sakini, 1996-cı il təvəllüdlü baş leytenant Cavidan Zaur oğlu Bədəlov;
  • Qəbələ rayonu, Mıxlııqovaq kənd sakini, 1996-cı il təvəllüdlü kiçik gizir Elşən Sahib oğlu Babazadə ;
  • Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü leytenant Sərxan Mübariz oğlu Ömərov;
  • Şəki şəhər sakini, 1996-ci il təvəllüdlü gizir Səbuhi Fuad oğlu Əhmədov;
  • Oğuz rayonu, Qarabaldır kənd sakini, 1997-ci təvəllüdlü MAXE kiçik çavuş Nail Adil oğlu Abbaslı;
  • Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımov;
  • Şabran rayonundan, 2000-ci il təvəllüdlü leytenant Murad İlqar oğlu Rəsulov.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin ümumilikdə 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Şəhidlərimizin qanı yerdə qalmadı!

Photo Shimal.News
Photo Shimal.News