Şəhid MAXE Ümid Həsənovun nəşi doğma İsnovqışlaq kəndinə gətirilib. Bu haqda ShimalNews 14 sentyabr tarixində məlumat verir.

Şəhidin ailəsi onunla vidalaşaraq son mənzilə yola salıb. Kənd sakinləri və bütün Quba şəhidin yaxınlarına başsağlığı vermək üçün yığışıblar.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 50 hərbi qulluqçusu şəhid olub.

Quba rayonu, İsnovqışlaq kənd sakini, 21 yaşlı Ümid Həsənov şəhidlik zirvəsinə ucalıb.