Qubada narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda ShimalNews 14 sentyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Əmin Didari nəzarət-yoxlama qaydasında saxlanılıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.

Ə.Didari barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.