Qubanın Mirzəqışlaq kəndinin girişində şəhid bulağı inşa olunur. Bu haqda ShimalNews 14 sentyabr tarixində məlumat verir.

Vətən müharibəsinin iştirakçısı Daşqın Ağayevin adına xatirə bulağı tikilir. İşlərin bu ayın sonuna kimi yekunlaşması gözlənilir.

Daşqın 2020-ci il sentyabrın 27-də müharibəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.