Şəhid MAXE Ümid Həsənovun nəşini qarşılamaq üçün sakinlər Qubanın girişinə gəliblər. Bu haqda ShimalNews 14 sentyabr tarixində məlumat verir.

Nəşi qarşılamağa gələn insanların axını davam edir. Sakinlər və hərbçilər bayraqları səmaya qaldırıblar. Polis əməkdaşları təhlükəsizliyi təmin etmək üçün əraziyə cəlb olunublar.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 50 hərbi qulluqçusu şəhid olub.

Quba rayonu, İsnovqışlaq kənd sakini, 21 yaşlı Ümid Həsənov şəhidlik zirvəsinə ucalıb.