Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəliyində Maliyyə Nazirliyi tərəfindən nöqsanlar aşkar edilib. Bu haqda ShimalNews 13 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Məlumata görə, nəzarət tədbirləri zamanı Qusarçay Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə artıq və əsassız ödənişlər aşkar olunub.

Məsələ ilə bağlı dövlət büdcəsinin bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.