Xaçmaz rayonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlamalar aparıb. Bu barədə ShimalNews 13 sentyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Yoxlamalar nəticəsində “Ay-Ulduz” mağazasında və “Turan” restoranında bir sıra nöqsanlar aşkar olunub. Obyektlərin sahibləri barəsində inzibati protokol tərtib edilib.