Şimal bölgəsində gecə saatlarında zəlzələ hiss olunub. Bu haqda ShimalNews 13 sentyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, hadisə saat 04:58-də baş verib. Ocağı dənizdə, 7 kilometr dərinlikdə yerləşən zəlzələnin gücü 3.5 bal olub.

Sakinlərin bildirdiyinə görə, onlar yeraltı təkanları hiss ediblər.