Quba gənclərinin marağına səbəb olan hip-hop festivalı əyləncə dolu anlarla keçib. Burada gənclər hazırladıqları kompozisiyaları ifa ediblər. Bu barədə ShimalNews 13 sentyabr tarixində Quba GİKM-ə istinadən məlumat verir.

Tədbir Quba rayonu üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi, “ASAN xidmət” mərkəzi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Foto Quba GİKM
Foto Quba GİKM