Quba rayonunun Rustov kəndində kustar üsulla kömür hazırlayan məntəqələrə qarşı müvafiq tədbirlər görülüb. Bu haqda ShimalNews 13 sentyabr tarixində Oxu.az-a istinadən məlumat verir.
Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Ağac kömürü istehsal edən ocaqxana və kömür quyusu aşkar edilib.
Kənd sakinləri barəsində qanuna müvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib.