Qubanın Tüləkəran və daha 5 kəndini birləşdirən yolun təmiri davam edir. Bu haqda ShimalNews 13 sentyabr tarixində Real TV-yə istinadən məlumat verir.

Kənd sakinləri bildirib ki, bu yolda öncə heç vaxt təmir-bərpa işləri aparılmayıb. Əhalinin gediş-gəlişi çox çətin idi. Amma indi təmir başlanılıb və bu çox sevindirici haldır.

İcra başçısı bildirib ki, 35 km uzunluğunda olan yol bu il Quba Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına təmir edilir. Gələn ilin əvvəlində isə AAYDA tərəfindən yolun asfaltlanması nəzərdə tutulub.

Bu ilin əvvəlində ShimalNews adıçəkilən yolun vəziyyətini gündəmə gətirmişdir. Gültəpə, Suxtəkələ, Tülər, Tüləkəran, Yenikənd və Möhüc kəndlərini birləşdirən yolun yararsız halda olması haqqında məlumat dərc edilmişdir.