Xınalıqda fiber-optik internet xidmətinin verilməsinə başlanılıb. Bu haqda ShimalNews 13 sentyabr tarixində Apa-ya istinadən məlumat verir.

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində Vladimirovka və Xınalıq kəndlərində “Aztelekom” MMC tərəfindən GPON (Gigabit Passive Optical Networks) sürətli internet xətləri çəkilib.

Vladimirovka kəndində 780, Xınalıq kəndində isə 537 ünvan yüksək sürətli internetlə təmin edilib.

Eləcə də Qəçrəş kəndində GPON xətlərinin çəkilişinin yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulur.