Qubanın Alekseyevka kəndində 120-yə yaxın ailə yenə susuz qalıb. Bu haqda ShimalNews 13 sentyabr tarixində məlumat verir.

“Düz 2 ay öncə quyunun motoru yanmışdır. Camaat 2600 manat toplayıb, onun yenisini aldı. Yenə deyirlər ki, sıradan çıxıb. 3 gündür ki, susuz qalmışıq. Deyirlər pul verin. Camaat bilmir necə eləsin”, – deyə sakinlərdən biri bildirib.

Bu hal Alekseyevka kəndində daim baş verir. Məsələ ilə bağlı sakinlər səlahiyyətli şəxslərə dəfələrlə müraciət ediblər.