ADPU-nun Quba filialında akademik Azad Nəbiyevin ailə üzvləri ilə görüş keçirilib. Bu haqda ShimalNews 13 sentyabr tarixində adıçəkilən təhsil müəssisəsinə istinadən məlumat verir.

Görüş “Bilgə ocağı”nda baş tutub. Burada filialın direktoru, dosent Yusif Alıyev, akademik Azad Nəbiyevin həyat yoldaşı, pedaqoq, filoloq Narıngül Nəbiyeva, qızı, filologiya üzrə elmlər doktoru, professor Ülkər Nəbiyeva, nəvəsi, Bakı Mühəndislik Universitetinin II tədris ili tələbəsi İskəndər Əzizov, filialın müəllim və əməkdaşları iştirak ediblər.

Tədbirdə görkəmli professor haqqında onun ailə üzvlərindən daha dəqiq və hərtərəfli məlumat əldə olunub və gənc nəslə daha dərindən tanıdılıb.

Akademik Azad Nəbiyev adına “Bilgə ocağı” 21 oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında fəaliyyətə başlayıb. Burada bir cox maarifləndirici görüşlər, seminarlar keçirilib. Bu elm ocağı Quba və qubalılara olan sevgini tərənnüm edir.