Qubanın Zərqava kəndində yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 13 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Məlumata görə, ümumi sahəsi 40 kv.m olan talvar və altına yığılan ot bağlamalarının 5 tonu yanıb.

Əraziyə FHN-in bölmələri cəlb edilib. Ot bağlamalarının 7 tonu yanğından mühafizə olunub, yanğın söndürülüb.