Xaçmazda iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 12 sentyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi ötən gün Bakı prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində baş verib. Xudatdan Xaçmaz istiqamətində hərəkət edən “VAZ-2106” markalı maşın “Toyota Prado” markalı avtomobilin önünə çıxaraq ona çarpılıb. Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.

Qəza nəticəsində xəsarət alan yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.

Photo Shimal.News
Photo Shimal.News