Xaçmazın Qusarçay kəndi ərazisində meşələrə kükürdlü su axıdılır. Bu barədə ShimalNews 12 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Gəndob-Yalama yolunun kənarında yerin altından təzyiqlə çıxan isti su ətrafı bataqlığa çevirib. Onun axdığı istiqamətdə eləcə də ağacların quruduğu bildirilir.

Məsələ ilə bağlı Xaçmaz İH başçısının Qusarçay İƏD üzrə nümayəndəsi Nahid Hacıyevə müraciət edilib. O, bildirib ki, bu mənzərə narahatlıq doğurur, ağaclar həqiqətən məhv olur:

“2 hektar sahəsi olan bu ərazi özəlləşdirilib. Bakıda yaşayan bir sahibkara məxsusdur. Biz bu yerə şəxsi mülk olduğu üçün müdaxilə edə bilmirik. Dəfələrlə sahibkara bu barədə xəbərdarlıq etmişik, nəticə yoxdur”.

Foto Bizim.media
Foto Bizim.media