Xaçmazda Dijital Marketinq təlimləri başa çatıb. Bu barədə ShimalNews 12 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Təlimlər iki aydan çox müddətdə Qadın Resurs Mərkəzində keçirilib. Dərslər həm onlayn, həm də oflayn formatda təşkil edilib.

Azer Ismayilov və Farid Hacıyev proyektin təlimçiləri qismində çıxış ediblər.