Qubanın 4 kəndində – Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində elektrik şəbəkəsi yenidən qurulub. Bu barədə ShimalNews 12 sentyabr tarixində “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Artıq 1000-dən artıq sakinə 7 ədəd komplekt transformator məntəqəsi xidmət göstərəcək. Hazırda 7 km-yə yaxın 10 kV-luq, 14 km-dən artıq 0.4 kV-luq elektrik xətti yenilənib. Eləcə də abonentlərin sayğacları dəyişdirilib.

Daha öncə, Tülər kəndində elektrik təsərrüfatının yenilənməsi haqqında məlumat vermişdik.